5 dekabr 2025. Cümə

Annaqurbanov Yusub : "Azərbaycanda stadionlar əla vəziyyətdədir"


Annaqurbanov Yusub : "Azərbaycanda stadionlar əla vəziyyətdədir"

90deqiqe.az xəbər verir ki, bu sözlər Türkmənistanın "Nebitçi" klubunun prezidenti Annaqurbanov Yusuba aiddir. Ölkəmizdə təlim məşq toplanışında olan klubun rəhbəri açıqlamasında bu sözləri vurğulayıb

"Biz artıq 1 aydır buradayıq. Azərbaycanda çox böyük və əla vəziyyətdə olan stadionlar var. Türkmənistanda daha dəqiq desək Aşqabadda olan təsislərdə ciddi irəliləyişlər var. Azərbaycan komandaları Avropaya oynayır. Biz “Nebitçi” klubu olaraq 2023-cü ildə də Bakıya gəlmişdik, Qəbələdə də olmuşduq. Biz bu torpaqlarda olan şəraiti gördükdən sonra artıq hər il məskunlaşmağa qərar verdik. Təlim məşq toplanışımız Türkmənistan Yuxarı Liqasında mövsüm başlayana qədər burada davam edəcək". 

Qeyd edək ki, 1 aydır Bakı Olimpiya stadionunda təlim məşq toplanışında olan "Nebitçi" bu müddət ərzində "Füzuli", "Şamaxı" və "Sumqayıt" klubları ilə yoldaşlıq matçı keçirib. 







Müsahibə