27 iyul 2024. Şənbə

Fikrət Ələkbərov : "Kubok oyununda bunu sübut etdik" - FOTOLAR


Fikrət Ələkbərov : "Kubok oyununda bunu sübut etdik"  - FOTOLAR

90deqiqe.az saytının xəbər verdiyi kimi basketbol üzrə ölkə kubokunda mübarizə davam edir. 

Kubokun startında "Cəlilabad"la oyunda 33 xal, 10 assistlik göstərici ilə çıxış etmiş "Xırdalan" klubunun aparıcı üzvlərindən olan Fikrət Ələkbərov oyun haqqında fikirlərini bölüşüb:

"Yaxşı oyun oldu. İstədiyimiz kimi oyun alındı və qələbə qazandıq. Sözsüz ki, səhvlərimiz də oldu. Matçdan sonra detallı bir daha bunların üzərində işləyəcəyik. Məncə çox yaxşı komandamız var. Həm kubok, həm liqada iddiamızı davam etdirib çempionluq üçün mübarizə aparacayıq. Son turlarda və bu gün kubok oyununda bunu sübut etdiyimizi düşünürəm".

Qeyd edək ki, "Xırdalan" kubok və basketbol liqasında ardıcıl 6 matçdır məğlub olmur. 







Müsahibə