5 dekabr 2025. Cümə

Mehman Yunusov : "Qarabağ"la matçdakı qədər çətinlik olmayacaq"

"Bu mövsüm "Sumqayıt" çox yaxşı çıxışı ilə diqqət çəkir".


Mehman Yunusov : "Qarabağ"la matçdakı qədər çətinlik olmayacaq"

Vaxtilə Sumqayıt “Xəzər”i, “Neftçi”, “Şəmkir”, “Karvan”, “Qarabağ” kimi klubların şərəfini qoruyan, milliyə cəlb olunan sabiq müdafiəçi Mehman Yunusov Misli Premyer Liqasının 25-ci turunda açılış matçı "Sumqayıt" - "Kəpəz" komandalarının dueli barəsində gözləntilərini bölüşüb.

90deqiqe.az saytına eksklüziv açıqlama verən Mehman Yunusov ikinci pillədə möhkəmlənmək üçün qələbənin mütləq olduğunu söyləyib:

"Bu mövsüm "Sumqayıt" çox yaxşı çıxışı ilə diqqət çəkir. Həm yerli futbolçuların oyununda irəliləyiş var. Həm də legioner oyunçular dərhal kollektivə uyğunlaşıblar. Bu səbəblərlə də "Kəpəz"lə matçda mütləq qələbə əldə olunacaq. Hazırda ikinci pillədə möhkəmlənmək üçün bu qələbə vacibdir. Düzdü "Kəpəz"də irəliləyişdə olan klubdur və çətinlik yaradacağını düşünürəm. Lakin "Qarabağ"la matçdakı qədər çətinlik olmayacaq".

Qeyd edək ki, Misli Premyer Liqasının 25-ci turunun açılış matçında "Sumqayıt" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Kəpəz"i qəbul edəcək. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma 19:00da başlayacaq.







Müsahibə