5 dekabr 2025. Cümə

Mauritsio Sarri : "Müdafiədə sonuna qədər döyüşməliyik"


Mauritsio Sarri : "Müdafiədə sonuna qədər döyüşməliyik"

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində cavab qarşılaşmaları keçiriləcək.

90deqiqe.az xəbər verir ki, “Alianz Arena”da “Bayern Münhen” “Latsio”nu qəbul edəcək. Oyundan öncə keçirilən mətbuat konfransında "Latsio"nun çalışdırıcısı Mauritsio Sarri maraqlı açıqlamalar verib. 

"Meydanda bizi çətinliklər gözlədiyini bilirəm. Futbolda hər şey mümkündür. Özümüzə əmin və cəsur olmalıyıq. Bu həyəcanlı olacağımız matç deyil, bu görüşdə aqressiv olmalıyıq. Bizim bir çox qüsurlarımız var, lakin mən komandadan ümidliyəm. Mərhələ adlamağın çətin olduğunu bilirəm, rəqibdə hər an nəticəni dəyişə biləcək futbolçular var. Buna görə də müdafiədə sonuna qədər döyüşməliyik".

Sloveniyalı Slavko Vinçiçin idarə edəcəyi “Bayern” – “Latsio” görüşü bu gecə yarısı 12-də başlayaca.







Müsahibə