- Müsahibə
- 12:59 03.02.2025
90deqiqe.az xəbər verir ki, "Sumqayıt" komandasının çalışdırıcısı Samir Abbasov səfərdə "Səbail"ə minimal hesabla qalib gəldiyi matçdan sonra "CBC Sport"un əməkdaşının flaş suallarına cavab verərkən bu sözləri söyləyib.
Oyun bitən kimi Masaki Murataya iradlarını emosional şəkildə bildirən Samir Abbasov həmin anı belə şərh edib.
"Görüş" bitəndən sonra Masakiyə yaxınlaşdım və oyun zamanı inamsız oynadığı dəqiqələrlə bağlı iradları bildirdim. Aramızda dil baryeri var və düzgün başa düşmürdü. Lakin tez zamanda problem həll oldu".
Qeyd edək ki, "Sumqayıt" bu qələbə sayəsində ikinci pilləyə yüksəlib