5 fevral 2025. Çərşənbə

Nihat Məmmədli : "Avropa Olimpiya Təsnifat turnirində bütün məsələlərə aydınlıq gətirəcəyik" - FOTOLAR

"Ən azı 2,3 lisenziya olacaq"


Nihat Məmmədli : "Avropa Olimpiya Təsnifat turnirində bütün məsələlərə aydınlıq gətirəcəyik" - FOTOLAR

90deqiqe.az xəbər verir ki, bu sözlər Azərbaycan yunan-Roma güləş yığmasının əsas simalarından biri Nihat Məmmədliyə məxsusdur. Saytımıza eksklüziv açıqlama verən 21 yaşlı pəhləvanımız qarşıdan gələn Avropa Olimpiya Təsnifat turniri barəsində bu sözləri səsləndirib.

Nihatın fikrincə aprelin 5-dən 7-dək Bakıda Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda yığmamız maksimum lisenziya əldə edə bilər.

"Yarışa hazırlıq yüksək səviyyədədir.  Qısa müddət əvvəl Rusiyada türk dövlətləri ilə birlikdə təlim-məşq toplanışı keçdik. Artıq vətənə dönümüşük. Son hazırlıq mərhələsini də elə məhz Bakıda keçəciyik. Bu turnir bizim üçün əhəmiyyətli yarışdır. Növbəti lisenziya xarakterli yarış isə mayın 9-u Türkiyədə planlaşdırılıb. Amma biz çalışacıyıq ki, artıq  Avropa Olimpiya Təsnifat turnirində bütün məsələlərə aydınlıq gətirək. Turnirin məhz Bakıda olması isə bizə çox böyük stimul verəcək. Azarkeşlərin dəstəyi ilə ən yaxşı nəticəni əldə etməyə çalışacıyıq Ən azı 2,3 lisenziya olacaq".

Xatırladaq ki, qısa müddət əvvəl Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında 60 kqda yarışan Nihat Məmmədli fəxri kürsünün zirvəsinə yüksəlib. 







Müsahibə