27 iyul 2024. Şənbə

Dino Ndlovu : ""Qarabağ" səfərdə qələbə qazanıb mərhələ adlayan tərəf olacaq"

""Qarabağ"da komanda ruhu var, və sırf komandanın gücü sayəsində qələbə qazana bilər".


Dino Ndlovu : ""Qarabağ" səfərdə qələbə qazanıb mərhələ adlayan tərəf olacaq"

90deqiqe.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın unudulmaz forvardlarından biri olan Dino Ndlovuya məxsusdur. 34 yaşlı hücumçu "Qarabağ"ın matçlarını izlədiyini və "Bayer" üzərində qələbə ehtimalının yüksək olduğunu bildirib. 

"Mənim üçün "Qarabağ" həyatımın bir parçası idi və bu klub qəlbimdə xüsusi yer tutur. Hazırda gördüyüm komandanı görəndə çox fəxr edirəm. Mən Qarabağa  gəldiyim mövsümsə biz Avropa liqasına vəsiqə qazandıq və qrup mərhələsində oynadıq. Çempionlar liqasının qrup mərhələsində oynadıqdan sonra Qarabağ növbəti 5-6 ildə də bu səhnəyə çıxmağa hədəfləmişdi. Amma bu baş verməsə də, indi komanda qrup mərhələsində inamla çıxış etdi və pley offa vəsiqə qazandı. Biz hamımız inkişafı görə bilərik, hamımız əvvəlki Qarabağla indiki Qarabağın necə fərqləndiyini görə bilirik, komanda hər mövsüm daha da güclənir. Rəhbərlik, Qurban Qurbanov və onun geniş məşqçi heyəti daha rəqabətli və daha möhkəm komanda qurur.  Hər mövsüm isə daha da çox əlamətdar keçir. Çalışıram "Qarabağ"ı izləyim, Azərbaycan çempionatını açığı izləyə bilmirəm, amma avrokuboklarda son oyunu izləmişəm. "Braqa" ilə görüşləri deyil icmallara baxmışam. Amma Leverkuzenə qarşı matçı tam izlədim və gördüm ki, oyun planı fərqlidir, klub xeyli inkişaf edib. Bunun da əsas səbəbi komandanın uzun illər bu turnirlərdə oynamasıdır, böyük təcrübə var və 35 oyundur məğlub olmayan "Bayer"ə qarşı belə inanılmaz performans göstərirlər. Leverkuzenlə qrup mərhələsində də ev oyununu çox yaxşı keçirmişdi "Qarabağ". Son matçın İlk hissəsində vurulan qollar çox möhtəşəmdir. Son dəqiqələrdə komanda 2 qol buraxdı amma yenə də məğlub olmadı. Məncə Almaniyadaki görüş də çətin keçəcək. Amma "Qarabağ"ın məşqçiləri, futbolçuları kimə qarşı oynadlqlarını bilirlər, yaxşı hazırlaşacaqlar. çox ümid edirəm ki, "Qarabağ" səfərdə qələbə qazanıb mərhələ adlayan tərəf olacaq. Çətin görüş olacaq səfərdə, əgər "Qarabağ" ev oyununda qələbə qazansaydı əla olardı. Lakin bu baş vermədi, buna görə də səfərdəki oyunla bağlı fikirlərimi bildirmək çətindir. Amma istəyirəm biləssiniz ki,mən hər zaman böyük sevgi ilə bu komandaya yanaşıram, harada olmağımdan asılı olmayaraq qəlbim hər zaman "Qarabağ"la döyünür, hər yerdə onlara dəstək olacam. Nəticə barədə bilmirəm, amma əminəm ki "Qarabağ" bu oyuna çox yaxşı hazırlaşacaq, mental cəhətdən hazır olacaqlar. "Qarabağ"da komanda ruhu var, və sırf komandanın gücü sayəsində qələbə qazana bilər, buna əminəm. İnanıram Qarabağa". 

Qeyd edək ki, "Qarabağ"dan ayrıldıqdan sonra Çin və Türkiyədə müxtəlif klublarında top qovan Dino Ndlovu ötən mövsümü Türkiyə I dəstə təmsilçisi "Boluspor"da tamamlayıb. Forvard hazırda müqavilə ilə "Sakaryaspor"a məxsusdur. 







Müsahibə