27 iyul 2024. Şənbə

Uroş Matiç : ""Qarabağ" 2-1 hesabı ilə qələbə qazanacaq"


Uroş Matiç : ""Qarabağ" 2-1 hesabı ilə qələbə qazanacaq"

90deqiqe.az xəbər verir ki, bu sözlər 2020/2021-ci illər mövsümdə "Qarabağ"ın şərəfini qoruyan Uroş Matiça məxsusdur. Hazırda Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edən "Abha"  kollektivində çıxış edən edən Matiç Leverkuzenlə səfər görüşünü səbirsizliklə gözlədiyini bildirib.

Həmin müsahibəni təqdim edirik : 

""Qarabağ"ın oyunlarını imkanım olduqca izləməyə çalışıram. Və əlbəttə ki, "Qarabağ" üçün tarixi mövsümdür. Həm Azərbaycan çempionatında, həm də Avropa səhnəsində möhtəşəm matçlar keçirirlər. Ümid edirəm bu hələ "Qarabağ" üçün başlanğıcdır. Məncə Ağdam klubu "Braqa"ya və "Bayer"ə qarşı göstərdiyi oyunlarda son 10-15 ildə qurduğu sistemli oyunun bəhrəsinni gördü. Çox ümid edirəm ki "Qarabağ" bu tərzdə çıxış etməyə davam edəcək. Almaniyadakı görüş də çox maraqlı olacaq. Tofiq Bəhramov adına respublika stadionunda komanda göstərdi ki, böyük komandalara qarşı oynamağı bacarır və hətta qələbə qazanır. "Qarabağ" "Bayer"lə ev oyununda qələbə qazana bilərdi amma bəxtləri gətirmədi ki, son dəqiqələrdə qol buraxdılar. Ümid edirəm ki, səfərdə Qarabağ bunu bacarar və bütün Azərbaycan xalqını növbəti dəfə sevindərə bilər. "Qarabağ"ı Avropa liqasının 1/8 final mərhələsjndə görmək çox xoşdu. "Leverkuzen"lə səfər görüşünü səbirsizliklə gözləyirəm. Çünki Xabi Alonso bu mövsüm güclü komanda yaradıb, 35 matç məğlub olmayan komandaya qarşı "Qarabağ" dominant futbolu oynayırsa bunu izləmək həqiqətən xoşdur. "Qarabağ"ın mərhələ keçəcəyinə ümid edirəm. Əgər hesab təxmini söyləmiş olsam, məncə 3 qol olacaq görüşdə, "Qarabağ"da 2-1 hesabı ilə qələbə qazanacaq".

Qeyd edək ki, "Qarabağ" - "Bayer Leverkuzen" görüşü 14 mart gecə yarısı start götürəcək.

"BayArena"da keçirələcək qarşılaşmanın idarəçiliyi ingiltərəli Entoni Teylor idarə edəcək.







Müsahibə