- Müsahibə
- 12:59 03.02.2025
"Bəlkə də yaşım az olduğu üçün təcrübəm imkan vermədiki qələbə qazanım"
90deqiqe.az xəbər verir ki, bu sözlər Azərbaycan boks millisinin qadın siması Zeynəb Rəhimovaya məxsusdur. O, açıqlamasında İtaliyanın Busto Arsizio şəhərində boks üzrə keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində lisenziya qazanmağa çox yaxın olduğunu lakin təcrübənin yetərli olmadığını dilə gətirib.
"Məni lisenziyadan cəmi 4 döyüş ayırırdı. İlk iki qarşılaşmada qələbələr qazandım. 1/8 finalda kanadalı idmançı ilə qarşılaşdım ki, rəqibin güclü idmançı olduğunu demək yerinə düşər. Gərgin döyüş oldu. Təbii ki çatışmayan tərəflərim oldu. Belə desək özümnən razı deyiləm. Lisenziya qazanmağı çox istəyirdim. Bəlkə də yaşım az olduğu üçün təcrübəm imkan vermədiki qələbə qazanım. İndi qarşıma öz səhvlərimdən nəticə çıxarmağı və növbəti lisenziya yarışında uğurlu olmağı hədəf qoymuşam".
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış Tailanda təşkil olunacaq.