27 iyul 2024. Şənbə

Günel Musa: "Qarşıda "ProSport İdman Klub" ilə əməkdaşlıq çərçivəsində sürprizlərimiz çox olacaq" - FOTOLAR

""ProSport" komandası çox professional və unikal komandadır".


Günel Musa: "Qarşıda "ProSport İdman Klub" ilə əməkdaşlıq çərçivəsində sürprizlərimiz çox olacaq" - FOTOLAR

"Biz "FCHAİN" olaraq məşqləri belə böyük fəxr hissi ilə izləyirik"

90deqiqe.az xəbər verdiyi kimi 2nd “F-CHAİN” CUP turniri “ProSport Gimnastika” klubunun təşkilatçılığı ilə martın 17-si  “Olimpik Star” idman kompleksində təşkil olunacaq. Turnir “ProSport”un baş sponsoru olan Financial Chain Corporationa həsr edilmiş II yarış kimi tarixə düşəcək. 

Saytımıza eksklüziv açıqlama verən "Financial Chain Corporation"nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Günel Musa tədbirin yüksək şəkildə keçiriləcəyinin və qarşıda gimnastika sevərləri böyük surprizlərin gözlədiyini vurğulayıb. 

HƏMİN MÜSAHİBƏNİ TƏQDİM EDİRİK :

- “ProSport Gimnastika” klubunun təşkilatçılığı ilə keçirləcək 2nd “F-CHAİN” CUP turniri barəsində nə düşünürüsüz?

- Öncəliklə 90 dəqiqə komandası olaraq diqqətiniz və verdiyiniz dəyər üçün sizə dərin təşəkkürümüzü bildiririk. "Financial Chain Corporation" nüfuzlu konsaltinq şirkəti olaraq dünyanın 14 ölkəsində fəaliyyət göstərir. Həmçinin şirkətin İdarəedici Tərəfdaşı Zaur Qədirov Caspian Energy Club Çexiyanın sədridir. 2002-ci ildən inkişaf etmiş və nüfuz qazanmış "FCHAİN" bir çox sosial layihələrin aktiv dəstəkçisidir. Təsadüfi deyildir ki, ölkə idmanının inkişafına öz dəstəyini əsirgəməyən "Financial Chain Corportaion" ilk dəfə keçirilən Xankəndi-Bakı Ultra Marafonunun da sponsorlarından biri idi. Bu günlərdə isə 2nd “F-CHAİN” CUP turniri keçiriləcək və tədbirin yüksək şəkildə keçirilməsi üçün FCHAİN əlindən gələni əsirgəməyəcəkdir.


- Yarış artıq ikinci dəfədir ki, təşkil edilir, əvvəlkindən əsas fərqlər nə olacaq?

- "FCHAİN" eyni zamanda "ProSport İdman Klub"nun gənc və istedadlı gimnasti Züleyxa Şabanovanın rəsmi sponsorudur. Bu isə o deməkdir ki, gözəl gimnastımızın bütün idman xərcləri şirkət tərəfindən qarşılanır, bura hətta tibbi sığorta və xarici səfər xərcləri də aiddir. Sualınıza gəldikdə isə bu dəfə istedadlı gimnastlarımız daha əzmlə hazırlaşıblar. Biz "FCHAİN" olaraq məşqləri belə böyük fəxr hissi ilə izləyirik. O kiçicik bədənlərdə nə qədər böyük və əzmli ürək döyündüyünün hər dəfəsində şahidi oluruq. Onlarla həyəcanlanırıq, uğurlarına bərabər sevinirik.


- "ProSport İdman Klubu" ilə qarşıda daha hansı tədbirlər, yarışlar planlaşdırılıb?

- "ProSport" komandası çox professional və unikal komandadır. Orada təkcə professionallıq deyil, həm də böyük sevgi var. Məşqçilər Samirə və Leyla xanım, xoreoqraf Fərid bəy həqiqətən balaca fidanların sevgilərini qazanınlar. Orada həqiqətən gimnastikaya böyük sevgi var və davamlı olaraq artır. Qarşıda "ProSport İdman Klub" ilə əməkdaşlıq çərçivəsində sürprizlərimiz çox olacaq.

Qeyd edək ki, təsisçiləri beynəlxalq dərəcəli hakimlər və məşqçi Leyla Hüseynli və Samirə Səlimzadə olduğu peşəkar klubun fəaliyyəti dövründə 4 dəfə açıq turnir baş tutub. 







ProSport İdman Klubu