5 fevral 2025. Çərşənbə

Fərhad Vəliyev : "Andrey Lunyovun gəlişi ilə qapı problemi həll edilib"


Fərhad Vəliyev : "Andrey Lunyovun gəlişi ilə qapı problemi həll edilib"

"Lunyovun quru matçları, stabil oyunu göz qabağındadır"

90deqiqe.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın sabiq qapıçısı Fərhad Vəliyevə aiddir. Veteran futbolçu cari mövsümün əvvəlində "Qarabağ"a gələn rusiyalı qolkiper Andrey Lunyov haqqında bunları deyib. 

"Andrey Lunyovun keçidi, çox önəmli transfer oldu “Qarabağ” üçün. Çərçivəni çox böyük inamla qoruyur. Və oyunlarda göstərdiki Andrey Lunyovun transferi ilə qapı problemi həll edilib. Lunyovun quru matçları, stabil oyunu göz qabağındadır".

Qeyd edək ki, 2007_2016-ci illərdə Ağdam təmsilçisində forma geyinən Fərhad Vəliyev 136 matçda meydana çıxıb. 







Müsahibə