27 iyul 2024. Şənbə

Vaqner : “Qarabağ” bu oyundan qalib ayrılacaq

"Ürəyi böyük olan azərbaycanlılara səsləndirmək istəyirəm”.


Vaqner :  “Qarabağ” bu oyundan qalib ayrılacaq

“Həm “Braqa” həm də “Bayer”lə matçlara baxmışam".

90deqiqe.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın sabiq üvzü braziliyalı qolkiper Vaqnerə aiddir. 37 yaşlı qapıçı "Qarabağ"ın növbəti dəfə tarix yazacağına inandığını söyləyib.

“Həm “Braqa” həm də “Bayer”lə matçlara baxmışam. “Qarabağ” həmin matçlarda çox yaxşı təsir bağışladı. Onların performansını çox bəyənmişəm. Ümid edirəm ki, “Qarabağ” bu oyundan qalib ayrılacaq. Matça tam hazır olmalıdırlar. “Qarabağ”a inanıram. Azərbaycana buradan salamlarımı çatırıram. Ürəyi böyük olan azərbaycanlılara səsləndirmək istəyirəm”.

Qeyd edək ki, Vaqner 2018-2020-ci illərdə formasını geyindiyi "Qarabağ"da 15 matça çərçivəni qoruyub. 







Müsahibə