27 iyul 2024. Şənbə

Mahir Emreli : "Qarabağ"ın uğuru ölkənin uğurudur

“Qarabağ”ı Xorvatiyadada çox yaxşı tanıyırlar.


Mahir Emreli : "Qarabağ"ın uğuru ölkənin uğurudur

"Bayer” ilə ilk matçı izləmək fürsətim olmamışdı.

90deqiqe.az xəbər verir ki, millimizin və Xorvatiya təmsilçisi "Dinamo Zaqreb"in üzvü, "Qarabağ"ın sabiq forvardı Mahir Emreli "Bayer Leverkuzen" - "Qarabağ" görüşündən əvvəl maraqlı açıqlama verib. 26 yaşlı hücumçu “Qarabağ”la eyni vaxta Zaqreb təmsilçisinində matçlarının olduğunu diqqətə çatdırıb.

“Bayer” ilə ilk matçı izləmək fürsətim olmamışdı, çünki bilirsiziniz ki, “Qarabağ”la eyni vaxta bizimdə matçlarımız olur. Və çox vaxtı eyni saata tuş gəlir. Ümumilikdə daha sonra görüşün təkrarını izlədim və əla oyuna görə Qurban müəllimi təbrik etdim. Bu, həqiqətən Azərbaycan futbolu üçün böyük uğurdur. Ümid edirəm ki, növbəti mərhələyə adlaya bilərlər. “Qarabağ”ı hazırda Avropada çox adam tanıyır. Mənim keçmiş komandam olduğu üçün “Qarabağ”ı Xorvatiyadada çox yaxşı tanıyırlar.

Xatırladaq ki, "Bayer Leverkuzen" - "Qarabağ" görüşü bu gecəyarısı start götürəcək.







Müsahibə