27 iyul 2024. Şənbə

Fərhad Vəliyev : Bu görüş məşqçilərin taktiki savaşı kimi tarixə düşəcək

"Azarkeş amilini nəzərə alaraq bunu söyləyirəm"


Fərhad Vəliyev : Bu görüş məşqçilərin taktiki savaşı kimi tarixə düşəcək

"Ağdam təmsilçisi nəticə ilə vətənə qayıdacaq

90deqiqe.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın sabiq qapıçısı Fərhad Vəliyevə aiddir. Veteran futbolçu “Qarabağ” kağız üzərində güclü olan rəqibinə qarşı layiqli mübarizə aparacağını söyləyib. 

“Qarabağ” cari mövsümdə olduqca ideal futbol sərgiləyir, həm qrup, həm də pley-off matçlarını nəzərə alsaq komandanın oyunu çox yüksəlib. İrəli böyük addımlar atıblar. “Bayer”lə matça gəldikdə isə düşünürəm ki, bu görüş məşqçilərin taktiki savaşı kimi tarixə düşəcək. Fikirləşirəm ilk oyunda “Bayer” düşündüki burada qələbə çox asan olacaq. Amma ilk dəqiqələrdən Xabi Alonso anladıki əlini qolunu sallayıb qələbəni təmin etmək mümkün deyil. İkinci dueldə çox gərgin 90 dəqiqəyə şahidlik edəcəyimizi fikirləşirəm. Şanslara gəldikdə isə 10 faiz “Bayer Leverkuzen”i üstün olduğunu deyərəm. Azarkeş amilini nəzərə alaraq bunu söyləyirəm. Çətin olacaq, amma ümid edirəm ki, “Qarabağ” kağız üzərində güclü olan rəqibinə qarşı layiqli mübarizə aparacaq. Və nəticə ilə vətənə qayıdacaq”.

Qeyd edək ki, 2007-2016-ci illərdə Ağdam təmsilçisində forma geyinən Fərhad Vəliyev 136 matçda meydana çıxıb. 







Müsahibə