- Müsahibə
- 12:59 03.02.2025
"Bakıdakı matçda olan itkilər Leverkuzendə olmaması, xüsusi ilə də Elvin Cəfərquliyevin və Julio Romaonun bu görüşdə böyük ehtimal ki oyunda olacağı komandamız üçün çox vacib amil olacaq".
90deqiqe.az xəbər verir ki, bu sözlər tanınmış idman jurnalisti Mehman Süleymanova məxsusdur. O, bu gecə yarısı başlayacaq "Bayer Leverkuzen" - "Qarabağ" matçı haqqında gözləntilərini bölüşüb.
HƏMİN MÜSAHİBƏNİ TƏQDİM EDİRİK :
“Bu gecə növbəti tarixi oyuna şahidlik edəciyik. Şanslar barəsində danışsaq, azda olsa üstünlük “Bayer” tərəfindədir. Çünki həm Bundesliqanın lideridir. Məlumdur ki, artıq 35 oyundur məğlub olmur, həm də matç Almaniyada olacaq. Düzdür “Qarabağ” belə oyunlara psixoloji cəhətdən hazırdır, amma hər halda “BayArena”da olan azarkeş dəstəyi “Bayer”in xeyrinə olacaq. Açıqlamalardan da görünür ki, Xabi Alonsonun komandası görüşə çox ciddi hazırlaşır. Və onlar çətin olacaq deyəndə mənə elə gəlirki bunu söz xatirinə demirlər. Bakıda onlar başa düşdülər ki, “Qarabağ”la zarafat eləmək olmaz. Düşünürəm ki, ispan mütəxəssis bu dəfə optimal heyətə güvənəcək və həttda buna məcburdur. “Qarabağ” 90 dəqiqə fiziki cəhətdən tab gətirməyə çalışacaq və mənə görə Juninyonun oynaması çox vacib məqamlardan biridir. O, futbolçunun meydanda olması bizim hücum xəttimizin dişli olmasına imkan verəcək. Bakıdakı matçda olan itkilər Leverkuzendə olmaması, xüsusi ilə də Elvin Cəfərquliyevin və Julio Romaonun bu görüşdə böyük ehtimal ki oyunda olacağı komandamız üçün çox vacib amil olacaq. Romao ələxsus, yarımmüdafiədə onun enerjisinə ehtiyac var”.
Xatırladaq ki, "Bayer Leverkuzen" - "Qarabağ" matçı bu gün gecə yarısı start götürəcək.