- 12:33 14.04.2024
90deqiqe.az xəbər verir ki, bu sözlər Financial Chain Corporation-nın İdarəedici Tərəfdaşı Zaur Qədirova məxsusdur. Zaur Qədirov bu gün "ProSport Gimnastika" klubunun təşkilatçılığı ilə "Olimpik Star" idman kompleksində keçirilən 2nd FCHAİN CUP yarışında əməkdaşımızın suallarını cavablandırıb.
HƏMİN MÜSAHİBƏNİ TƏQDİM EDİRİK :
"Financial Chain Corporation ölkəmizdə idmanın inkişafına hər zaman dəstək olub və gələcəkdə də olacaq. Gənclər və İdman Nazirliyinə və Azərbaycan Atletika Federasiyasına dərin təşəkkürümüzü bildiririk ki, bir çox mötəbər idman tədbirlərində bizimlə əməkdaşlığa şərait yaradıblar. Bu artıq bizim 2-ci turnirimizdir ki, FCHAİN adı altında keçirilir. Daha əvvəl 2022-ci ildə anoloji yarışa şahidlik etmişdik. Biz əminik ki, bu hər il keçiriləcək və hər il iştirakçı sayı daha da çoxalacaq. Artıq 2 ildən çoxdur ki, biz “ProSport”la bərabərik. Biz onları həm Abu-Dabidə, həm Riyadda, həm də digər beynəlxalq turnirlərdə dəstəkləmişik.FCHAİN-nin dəstəyi ilə növbəti ünvan aprelin 5-dən 9-nadək Tbilisi şəhərində keçiriləcək “Venera Cup” Beynəlxalq Çempionatı olacaq.Turnirdə bizim fərdi sponsor müqaviləmiz olan gənc və istedadlı gimnast Züleyxa Şabanovaya böyük uğurlar arzu edirik.
Gələcək planlarımıza gəldikdə, biz arzu edirik ki, “ProSport Gimnastika” klubu daha çox beynəlxalq yarışlarda iştirak etsin. Burada yetişən atletlər millinin tərkibində dünya və Avropa çempionları olsunlar".
Xatırladaq ki, 2nd FCHAİN CUP turnirində "ProSport Gimnastika" klubunun atletləri ilə yanaşı, "Nizami", "Qara qaplan idman", "Dojo Sport Academy", "Harmony Dance Club", "Modern Sport School", "Ay Sport", "Kids Club", E-LEARN TƏDRİS MƏRKƏZİ, "Violet Gymnastics Club", "Yüksəliş Spor Mərkəzi" idman klublarınından ümumilikdə 150 gimnast müxtəlif yaş qruplarında 4 kateqoriyada mükafatlar uğrunda mübarizə aparıblar.