27 iyul 2024. Şənbə

Səbinə Əlizadə: "Yarışlara 1 ay qalmış isə daha ciddi hazırlıq mərhələsindən keçmişdik" - FOTOLAR

"Qısa müddətdə həmin türnir üçün məşqlərimizi tamamlayacayıq"


Səbinə Əlizadə: "Yarışlara 1 ay qalmış isə daha ciddi hazırlıq mərhələsindən keçmişdik" - FOTOLAR

"Bizə digər klublardan qoşulanlar çoxdur"

90deqiqe.az xəbər verir ki, 2022-ci ilin 1 sentyabr tarixindən etibarən fəaliyyətə başlayan və gimnastika üzrə ixtisaslaşmış profesional idman kollektivi "ProSport Gimnastika" klubunun peşəkar müəllimi Səbinə Əlizadə saytımıza eksklüziv açıqlama verib. Təcrübəli müəllim "ProSport Gimnastika" klubunun təşkilatçılığı ilə "Olimpik Star" idman kompleksində keçirilən 2nd FCHAİN CUP yarışına hazırlığın necə keçdiyi sualına belə cavab verib.

"Bizim iki filialımız var və hər gün 3-4 saat arası hazırlıq keçirik. Yarışlara 1 ay qalmış isə daha ciddi hazırlıq mərhələsindən keçmişdik və uşaqlar hər gün məşqlərə, düzgün, vaxtında və nizamlı-intizamlı gəlirdilər. Bu vaxt ərzində xareoqrafik və gimnastik məşqlərimiz oldu. Bizə digər klublardan qoşulanlar çoxdur. Bu, hadisə yarışdan əvvəldə baş verdi. Ona görə də növbəti yarışlarda daha çox iştirakçı olacağını güman edirik, qarşıda bizi Tiflis şəhərində çətin “Venera Cup” türniri gözləyir. Qısa müddətdə həmin türnir üçün məşqlərimizi tamamlayacayıq".

Xatırladaq ki, 2nd FCHAİN CUP turnirində "ProSport Gimnastika" klubunun gimnastları daxil 150 atlet iştirak edib. 1 günü əhatə edən turnirdə müxtəlif yaş qruplarında 4 kateqoriyada mükafatçılar müəyyənləşib. Qaliblər Financial Chain Corporation tərəfindən qiymətli hədiyyələrlə təltif edilib. 







ProSport İdman Klubu