27 iyul 2024. Şənbə

Kaxaber Tsxadadze : "Bu bütün Gürcüstanın gördüyü məqsədyönlü işinin bəhrəsidir"

"Təəsüf ki, o zaman uğur yaşaya bilmədik"


Kaxaber Tsxadadze : "Bu bütün Gürcüstanın gördüyü məqsədyönlü işinin bəhrəsidir"

"Futbol federasiyası məşqçi seçiminə çox ciddi yanaşır və məşqçinin uzun müddət çalışmasına şərait yaradır".

90deqiqe.az xəbər verir ki, bu sözlər "Qəbələ"nin gürcüstanlı baş məşqçisi Kaxaber Tsxadadzeyə məxsusdur. 55 yaşlı çalışdırıcı doğma ölkəsinin Avro-2024ə ilk dəfə yüksəlməsini belə şərh edib. 

“Bu qələbə  və uğur bütün ölkənin zəhmətinin nəticəsidir. Hər kəs bunun üçün çalışırdı, çox iş görüldü. İlk növbədə futbolun dəstəyi üçün reallaşdıran dövlət proqramı. Futbol federasiyası məşqçi seçiminə çox ciddi yanaşır və məşqçinin uzun müddət çalışmasına şərait yaradır. Sanyoldan əvvəl Vays da 5 il işləyirdi. O da komandanı pley-offun finalına çıxarmışdı. Təəsüf ki, o zaman uğur yaşaya bilmədik. İndi isə Sanyola vaxt verirlər, hər cür dəstək göstərirlər və bunun da bəhrəsini görürlər. Federasiyanın  məşqçiyə dəstək göstərməsi çox vacibdir. Onlar bir yerdə çalışaraq bu gün üçün ən optimal sxemi tapmağı bacarıblar. Təcrübəli və gənc futbolçuların vəhdətini yaratmağa nail olublar. Baxın, bizdə Kvirkveliya, Kaşia, Kankava kimi futbolçular var, Kvilitaya da həmçinin. Kvekveskirini də qeyd etmək lazımdır mütləq. Bu futbolçular öz təcrübəsi ilə komandaya çox böyük yardım göstərirlər. Və gənc perspektivli futbolçular da kifayət qədərdi. Üstəlik, Kvaratsxeliyanın timsalında dünya səviyyəli ulduz da var heyətimizdə. Bu məşqçilərin işinin nəticəsidir. Onlar çox yaxşı komanda qurdular, ən düzgün sxemi seçdilər və bu qələbəni qazandılar. Bir daha qeyd edirəm bu bütün ölkənin gördüyü məqsədyönlü işinin bəhrəsidir".

Qeyd edək ki, Kaxaber Tsxadadze "Qəbələ"yə fevralın 25-i gəlib və "qara-qırmızlar"a 3 oyunda rəhbərlik edib. 







Müsahibə