27 iyul 2024. Şənbə

Krunoslav Renduliç: "Əsas hədəfimiz 2-ci pilləni tutmaqdır"

"Turnir cədvəlində 6 komanda çox sıx şəkildə qərarlaşıb"


Krunoslav Renduliç: "Əsas hədəfimiz 2-ci pilləni tutmaqdır"

90deqiqe.az xəbər verir ki, həftəsonu Misli Premyer Liqasında 29-cİ tura start verilir. Turun diqqət çəkən matçında turnir cədvəlinin 2-cisi “Sabah” “Zirə” ilə qarşılaşacaq. Qəsəbə təmsilçisi Hazırlıqlarını Bank Respulika arenanın ehtiyat meydançasında davam etdirir. Komandanın məşqlərində zədəli oyunçular Namik Ələsgərov, Vinsent Til və Kristian Sebalyosdan başqa bütün futbolçular iştirak ediblər. “Bayquşlar”ın baş məşqçisi Krunoslav Renduliç oyun haqqında fikirlərini bildirib 

““Zirə” çox yaxşı komandandır, müdafiədə yaxşı oyun göstərirlər və ən az qol buraxan kollektiv olmaqları buna sübutdur. Rəqibin yaxşı oyuçuları var və bizi çox ağır qarşılaşma gözləyir. Amma bizim bu matçdakı hədəfimiz 3 xal qazanmaqdır və bunun üçün əlimizdən gələni edəcəyik. Çempionatda oyunlar çox yüksək intenesivlikdə keçir.  Turnir cədvəlində 6 komanda çox sıx şəkildə qərarlaşıb və bu səbəbdən görüşlər hədsiz gərgin keçir. Biz də qələbələr qazanaraq çempionatı yüksək pillələrdə başa vurmağa çalışacağıq. Mövsum sonunda əsas hədəfimiz 2-ci pilləni tutmaqdır”.

Qeyd edək ki, “Sabah” - “Zirə” görüşü martın 30-u saat 19-da “Bank Respublika Arena”da keçiriləcək.







Müsahibə