5 fevral 2025. Çərşənbə

Uğur Özdemir: "Yerli oyunçulara ən çox dəyər verən məşqçilərdən biriyəm"

"Axsamalar təhlil etdik və üzərində işlədik"


Uğur Özdemir: "Yerli oyunçulara ən çox dəyər verən məşqçilərdən biriyəm"

"Onların inkişafı həm bizim, həm də Azərbaycan basketbolu üçün vacibdir".

90deqiqe.az xəbər verdiyi kimi Azərbaycan Basketbol Liqasında növbəti turun matçları keçiriləcək. 

16-cı turun açılış matçında cari mövsüm iddialı çıxışı ilə diqqət çəkən "Xırdalan" “Sərhədçi” ilə üz-üzə gələcək. "Xırdalan" kollektivinin türkiyəli çalışdırıcısı Uğur Özdemir saytımıza eksklüziv açıqlama verib. Təcrübəli mütəxxəsis matçla bağlı gözləntilərini bölüşməklə yanaşı, yerli oyunçulara ən çox dəyər verən məşqçilərdən biri olduğunu vurğulayıb:

Azərbaycan Basketbol Liqasında yenidən basketbol həyacanı izləyəciyik, turun açılış matçı məhz "Xırdalan" - "Şərhədçi" arasında olacaq, komandadan gözləntiləriniz nələrdir və hazırlıq necə gedir?

Liqa həyacanı yenidən başlayır. 2 ciddi zədədən başqa, hazırda bütün diqqətimizi Liqa və "Sərhədçi" matçına yönəltmişik. Liqanın açılış matçında qalib gəlmək istəyirik və bu istiqamətdə işimizi davam etdiririk. Rəqibimiz üçün kritik matç olduğu üçün çətin olacağını düşünürəm.

- Müsahibələrinizdən birində Kubok görüşləri zamanı kollektivin matçlarında müəyyən axsamaların yaşadığını bildirmişdiniz, hazırda bu axsamaları aradan qaldırmaq üçün komandadan xususi tələbləriniz var?

- Kubok matçları fərqli statuslarda oynanıldığı üçün çoxlu axsamalar ola bilər. Onları təhlil etdik və üzərində işlədik. Amma mövsümün ən kritik dövrünə qədəm qoyduğumuz üçün bütün oyunçular pley-off prosesinə köklənib. Amma geridə qalan 3 matçımızda da qalib gəlməliyik. Bu baxımdan futbolçuları motivasiya etməyə çalışırıq.

- Kubok görüşlərində daha çox yerli oyunçuların çoxluğu görünürdü, Liqanın geridə qalan hissəsində də bunu görə bilərik?

- Yerli oyunçulara ən çox dəyər verən məşqçilərdən biriyəm. Onların inkişafı həm bizim, həm də Azərbaycan basketbolu üçün vacibdir. Biz hər mərhələdə onlarla danışırıq və təkmilləşdirməli olduqları məqamları müzakirə edirik. Qalan matçlarda 3-4 yerli futbolçunun rotasiyasından istifadə etməyi planlaşdırıram.

Qeyd edək ki,  "Xırdalan" - “Sərhədçi” aprelin 3-ü Sərhədçi İdman Mərkəzində təşkil ediləcək. Turun digər matçlarında isə “Sabah” – “Şəki”, “Sumqayıt” – “Xəzri”, “Gəncə” - “Cəlilabad” və NTD-İNDİQO – “Neftçi” görüşləri olacaq. 







Müsahibə