27 iyul 2024. Şənbə

Birgül Soltanova: "Bu yarışda zəif rəqib yoxdur"

"Və əsas hədəfim Olimpiya mükafatçısı olmaqdır"


Birgül Soltanova: "Bu yarışda zəif rəqib yoxdur"

Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində Azərbaycanı 14 güləşçi təmsil edəcək. 

90deqiqe.az xəbər verir ki, 62 kqda yarışan Birgül Soltanovada onlardan biridir. 22 yaşlı idmançı Olimpiya Təsnifat turnirində lisenziya qazanıb Paris 2024 Yay Olimpiya oyunlarında medalçı olmaq istədiyini bildirdi. 

"Yarışda zəif rəqib yoxdur, elə bir turnirdir ki, Bakıya adlı sanlı idmançılar gələcəklər. Lisenziya qazanmaq üçün çalışmışam və ümid edirəm ki, lisenziya qazandıqdan sonra Paris 2024 Yay Olimpiya oyunlarına hazırlaşacam. Bu mənim ilk Olimpiyadam olacaq. Və əsas hədəfim Olimpiya mükafatçısı olmaqdır".

Qeyd edək ki, Olimpiya Təsnifat turnirində yunan-Roma güləşi üzrə millinin 4 üzvü – Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) ilk yarış günündə olimpiadaya lisenziya qazanmağa çalışacaq.

Növbəti gün qadın güləşi üzrə millinin 5 üzvü xalça üzərinə çıxacaq. Birgül Soltanova (62 kq) ilə yanaşı Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq) və Elis Manolova (68 kq) ölkəmizi bu növdə təmsil edəcək.

Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. Millinin 5 üzvü – Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) “doğma divarlar” arasında azarkeşləri sevindirməyə çalışacaq.

Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.







Müsahibə