- Müsahibə
- 12:59 03.02.2025
"Sosial şəbəkələrdə izlədim, gözlənilməz bir xəbər oldu"
90deqiqe.az xəbər verir ki, veteran futbolçu Əfran İsmayılov Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” - “Qarabağ” matçında yaşananlara münasibət bildirib. Saytımıza eksklüziv açıqlama verən eks "Qarabağ"lı qarşılaşmanın gedişində qonaq komandanın azarkeşləri tərəfindən təhqir olunan Qara Qarayevə dəstək nümayiş etdirib.
“Həqiqətən üzücü bir xəbərdi. Sosial şəbəkələrdə izlədim, gözlənilməz bir xəbər oldu. Heç vaxt “Qarabağ” azarkeşlərindən belə bir addım gözləməzdim. Qara Qarayev yetəri qədər çox oynayıb və xeyir verib. Həttda legionerlərin olmadığı vaxtlarda Qara komanda üçün xeyli əziyyətlər çəkib. Bəli bu futboldur, ola bilər futbolçu komandasını dəyişmək istəsin və rəqib komandaya keçsin. Amma bütün ehtimallarda bu sözləri azarkeşə yaraşmır. Mən düşünürdüm ki, fanatlar Qaranı ayaq üstə alqışlayacaqlar. Amma belə bir hal yaşandı. Bu Qara Qarayev kimi futbolçuya böyük hörmətsizlikdi”.
Qeyd edək ki, “Neftçi Arena”dakı görüş qonaqların 4:0 hesablı qələbəsi ilə tamamlanıb.