27 iyul 2024. Şənbə

Əfran İsmayılov: "Kağız üzərində favorit “Qarabağ” olsa da, şanslar bərabərdir"


Əfran İsmayılov: "Kağız üzərində favorit “Qarabağ” olsa da, şanslar bərabərdir"

"Mən həmişə demişəm ki, “Qarabağ” bütün yarışlarda rəqiblərindən bir baş üstündü"

90deqiqe.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin və "Qarabağ"ın sabiq üzvü Əfran İsmayılova məxsusdur. Veteran hücumçu "Qarabağ"ın cari mövsüm "qızıl dubl" etmək şanslarını dəyərləndirib:

"Mən həmişə demişəm ki, “Qarabağ” bütün yarışlarda rəqiblərindən bir baş üstündü. Rotasiyalı və əsas heyət fərqi yoxdu, rahat şəkildə çıxıb bütün rəqiblərini məğlub edə bilirlər. “Neftçi” ilə Kubok matçında da bunu sübüt etdilər. Halbuki “Neftçi” bizim flaqmandı. Ümumiyyətlə son illərdə Azərbaycan derbisindən əsər əlamət qalmayıb. Derbiyə aid heçnə görmürük. Heç bir komandaya “Qarabağ”a qarşı lazimi gücü göstərə bilmirlər. Demək olarki Ağdam klubu ölkə çempionluğundan sonra Kubokda da finala adlayıb. Amma həlledici matçlar çətin keçir. Kağız üzərində favorit “Qarabağ” olsa da, şanslar bərabərdir".

Qeyd edək ki, Misli Premyer Liqasının 28-ci turunda 11-ci çemmpionluğunu rəsmiləşdirən Qurban Qurbanovun yetirmələri növbəti matçda "Səbail"lə üz-üzə gələcək. Komanda ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçında isə aprelin 24-ü doğma meydanda "Neftçi"ni sınağa çəkəcək. 







Müsahibə