- Müsahibə
- 12:59 03.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Ötən gün 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü ilə əlaqədar silsilə tədbirlər davam edir Azərbaycan Minatəmizləmə Agentliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə "Qarabağ" və "Neftçi" amputant futbol komandalarının oyunu keçirilib.
90deqiqe.az xəbər verir ki, “Qarabağ” amputant komandasının üzvü Çingiz Məmmədov təəsüratlarını bölüşdükdən sonra Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə hazırlığın davam etdiyini söyləyib
"ANAMA təşkilatı futbol oyunlarımız zamanı həmişə bizim yanımızda olur. Bizə dəstək olurlar. Tədbirlərimizdə yarışımızda bizim əsas tərəfdaşlarımızdandır. Komanda olaraq Avropa çempionatına hazırlaşırıq. Yığmamız qitə yarışına vəsiqə qazanıb. Millətlər liqasında isə II yer tutmuşduq. İyunun 2-si Avropa çempionatı başlayır və bizdə əla səviyyədə mübarizə aparacağımızı söz veririk. Davam edən hazırlıq prosesində nələrə ehtiyacımız olduğunu analiz edəciyik”.
Qeyd edək ki, Avropa çempionatı iyunun 2-si Fransada start götürəcək.