6 aprel 2025. Bazar günü

Karlo Ancelotti: "Əsas əngəlimiz turnirin son qalibi "Mançester Siti"dir"


Karlo Ancelotti: "Əsas əngəlimiz turnirin son qalibi "Mançester Siti"dir"

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir.

90deqiqe.az xəbər verir ki, günün əsas matçlarından biri də "Real Madrid" - "Mançester Siti" qarşılaşmasıdır. Görüşdən öncə "Kral Klubu"nun baş məşqçisis Karlo Ancelotti görüşlə bağlı gözləntilərini bölüşüb. 

“İlk matçda yalnız sərfəli nəticə haqda deyil, qələbə haqqında düşünürük. Qələbə bir rahatlıqdır. Təbii ki, titullar qazananda xoşbəxt oluruq. Amma indi qarşıda əsas əngəlimiz turnirin son qalibi Mançester Sitidir. Dinamikamızdan hiss edirəm ki, yaxşı formadayıq, əhval-ruhiyyəmiz də yüksəkdir”.

Qeyd edək ki, "Real Madrid" - "Mançester Siti" Bakı vaxtı ilə saat 23:00da "Santiyaqo Bernabeu"da keçiriləcək 







Müsahibə