- Müsahibə
- 12:59 03.02.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Təbii ki, müəyyən qədər həyəcanlıyam".
90deqiqe.az xəbər verir ki, bu sözlər futzal üzrə Azərbaycan millisinin futzalçısı İlham Alıyevə məxsusdur. İlk dəfə əsas yığmaya çağırılan futzalçı Gürcüstanla 2 yoxlama matçından gözləntilərini bölüşüb.
“Bu həm böyük təcrübədir, həm də çox möhtəşəmdir. U-19 komandamızdan məndən başqa, Qüdrət Qasımzadə də burdadır. Təbii ki, müəyyən qədər həyəcanlıyam. Oyuna yaxşı hazırlaşmışıq. Məşqlərimiz yaxşı keçir. İnanıram ki, yaxşı görüş olacaq. Avropa çempionatının seçmə mərhələsi üçün də təklif gəlsə, hər zaman gəlməyə hazıram”.
Qeyd edək ki, milli aprelin 14-də və 16-da Tiblisidə Gürcüstanla yoldaşlıq oyunu keçirəcək.