27 iyul 2024. Şənbə

Aleksandr Tarakanov: "Güləşçilərimizin də əhval-ruhiyyəsi yaxşı deyil"

"Biz əlimizdən gələni əsirgəməyəcəyik"


Aleksandr Tarakanov: "Güləşçilərimizin də əhval-ruhiyyəsi yaxşı deyil"

"Lakin istənilən halda bir qırılma baş verdi".

90deqiqe.az xəbər verir ki, bu açıqlamanı yunan-Roma güləşi üzrə milli komandamızın baş məşqçisi Aleksandr Tarakanov verib. Təcürbəli çalışdırıcı yığmamızın İstanbul şanslarını dəyərləndirib. 

“Hər şeydən öncə demək istərdim ki, güləşçilərimizin də əhval-ruhiyyəsi yaxşı deyil. Məsələ burasındadır ki, Azərbaycanda işlədiyim 4 il ərzində ilk dəfədir belə zəif çıxış edirik. Hazırda qarşımızda duran vəzifə çıxış etmiş və edəcək bütün idmançılarımızın performanısın analiz etməkdir. Çünki qarşıda bizi İstanbukda keçiriləcək olimpiya oyunlarına təsnifat xarakterli daha bir turnir gözləyir.

Qubada təlim-məşq toplanışında olacağıq. Orada həm ümumfiziki, həm də döşək üzərində çalışmalarımız olacaq. İdmançılarımızın yol verdiyi bütün səhvlər üzərində işləməyə çalışacağıq. Mənə elə gəlir ki, İstanbulda daha yaxşı çıxış edəcəyik. Rəhbərlik də bizə yüksək nəticələr əldə etmək üçün hər cür şərait yaradıb. Lakin istənilən halda bir qırılma baş verdi. Hazırda bunu məşqçilər heyəti və güləşçilərlə daha detallı müzakirə edərək aradan qaldırmağa cəhd göstərəcəyik. Düşünürəm ki, İstanbulda hər şey yaxşı olacaq.

Doğrudur, dünya turniridir deyə çətinliklər də olacaq, lakin biz əlimizdən gələni əsirgəməyəcəyik. Çünki bu, bizə olimpiya oyunlarına vəsiqə qazanmaq imkanı verəcək. Hazırda prioritetimiz məhz budur. Lisenziyaları qazandıqdan sonra isə Paris-2024-ə hazırlıqları başlayacağıq. Uğursuz çıxışlara görə güləşsevərlərdən  üzr istəyirəm. Lakin bütün səhvləri düzəltmək və aradan qaldırmağa cəhd göstərəcəyik. Tanrı bizimlədir. İstərdik ki, mümkün qədər çox lisenziya əldə edək”.

Xatırladaq ki, yunan-Roma və qadın güləşçilərimizin olimpiada üçün yeganə ümidi olan İstanbul Dünya Olimpiya Təsnifat Turniri mayın 9-12 aralığında baş tutacaq.







Müsahibə