5 aprel 2025. Şənbə

AGF rəsmisi: "Heç kim bu riskə gedib, belə bir məbləği təklif etməz"


AGF rəsmisi: "Heç kim bu riskə gedib, belə bir məbləği təklif etməz"

"Tərəfdarlarını görüb bir qədərdə emosiyaları çoşub"

90deqiqe.az xəbər verir ki, Bakıda keçirilən Olimpiya təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edən güləşçimiz Turan Bayramov finalda italiyalı Frenk Çamizionu məğlub etmişdi. Məğlubiyyətdən sonra isə İtaliyalı güləşçi Eurosporta müsahibəsində sensasion açıqlama verib. Çamizio ona məğlub olması üçün 300 min dollar təklif olunduğunu və hakimlərin ədalətsiz qərar verdiklərini vurğulayıb.

Saytımıza açıqlama verən Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı bu iddianın əsassız olduğunu söyləyib:

"Bu iddia əsassızdır, məntiqi yanaşma deyil. Xüsusilə yarışdan qabaq belə bir addım atılması ehtimalı xüsusi ilə absurd fikirdir. Çünki heç kim düşünə bilməzdi ki, o, Turanla həlledici matça çıxacaq. Bunu heç kim təxmin edə bilməzdi. Heç kim bu riskə gedib, belə bir məbləğidə təklif etməz. Onun bu açıqlaması tamami ilə uduzduqdan sonra gələn məyusluqdan irəli gəlir. O, publikaya işləməyi sevir. Tərəfdarlarını görüb bir qədərdə emosiyaları çoşub. Mən həm güləş azarkeşi kimi, həmdə Azərbaycan Güləş Federasiyasının rəsmisi kimi çox istərdimki, onlar Olimpiyada da üz-üzə gəlsinlər. O zaman kimin güclü olduğu yenidən bilinər.

Həttda qeyd edərdim ki, 2015-ci ildə Frenk Çamizionun iştirak etdiyi turnirdə Turan haqsızlığa uğramışdı. Həmin zaman isə o, susurdu".

Qeyd edək ki, Dünya Güləş Birliyi UWW Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində 74 kq çəkidə yarımfinalın mərhələsinin Turan Bayramov – Frank Çamizo qarşılaşması ilə bağlı araşdırmalara başlayıb. Hakimlər və qurum nümayəndələrinin hesabatlarını toplayan UWW görüşü araşdıraraq ən ədalətli qərarı verməyi planlaşdırır.







Müsahibə