27 iyul 2024. Şənbə

Ceyhun Sultanov: "Afrikada və Avropada skautlarım var" - FOTOLAR

Millinin sabiq üzvü yeni şirkət açıb


Ceyhun Sultanov: "Afrikada və Avropada skautlarım var" - FOTOLAR

"Bu şirkəti açmağı çoxdan düşünürdüm"

Azərbaycan millisinin sabiq üzvü, hazırda menecer kimi fəaliyyət göstərən Ceyhun Sultanov yeni şirkət yaradıb.  

90deqiqe.az saytına eksklüziv açıqlama verən 44 yaşlı sabiq yarımmüdafiəçi Afrikada və Avropada skautlarının olduğunu bildirib:

“Bu şirkəti açmağı çoxdan düşünürdüm, lakin əlaqələrimi möhkəmləndirdiyim zamanı gözləməli idim. Artıq 10 gündür “TOPSPORT MANAGEMENT” olaraq fəaliyyət göstəririk. 1 ilə yaxın zaman lazımdır ki, şirkətdə daha çox futbolçu olsun. Və bunun üzərində çalışmalarımız davam edir. Afrikada və Avropada skautlarım var. Yaxşı bir şirkət qurub, daha faydalı olmaq istəyirəm. Bunu zaman göstərəcək”.

Qeyd edək ki, “TOPSPORT MANAGEMENT” adı altında yaradılan şirkət artıq 10 gündür fəaliyyətdədir. 







Müsahibə