9 may 2024. Cümə axşamı

"Hər oyun bizim üçün final kimidir" - "Qəbələ"nin qapıçısı


"Hər oyun bizim üçün final kimidir" -  "Qəbələ"nin qapıçısı

"Həmişə olduğu kimi biz oyunlara qələbə üçün çıxırıq.Hər oyun bizim üçün final kimidir"

Bunu "Qəbələ"nin qapıçısı Kristof Atanaqana 90deqiqe.Az-a açıqlamasında deyib. 

24 yaşlı qolkiper özü ilə bağlı internet saytında yayılan xəbərləri də dəyərləndirib: 

"Komandaya inanıram, məşqçilərə inanıram. Hamımız əlimizdən gələni etməyə çalışırıq. Bu futboldur. Haqqımda xəbərləri bir internet saytında oxudum. Mən təəccübləndim ki, bu nədir? İstərdim ki, hamı bilsin ki, hər şey qaydasındadır. Qəbələdə olduğum üçün xoşbəxtəm. Mən həmişə komandaya kömək etmək üçün əlimdən gələni etmişəm və edəcəyəm. Xəbərdə gördüyüm kimi heç bir problemim olmadı, diqqətimi növbəti matça cəmləyirəm. Komandamız ən yaxşısına layiqdir. Və bunu etmək üçün əlimizdən gələni edəcəyik."







Müsahibə