9 may 2024. Cümə axşamı

Emin Cəfərov: "Dünya Kubokunda 37 idmançı ilə təmsil olunacayıq"

"Açılış mərasimi may ayının 2-si axşam saatlarında keçiriləcək".


Emin Cəfərov: "Dünya Kubokunda 37 idmançı ilə təmsil olunacayıq"

Mayın 1-dən 12-dək ölkəmiz 8-ci dəfə atıcılıq üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.

90deqiqe.az xəbər verdiyi kimi atıcılıq idman növünün həm güllə, həm də stend atıcılığı üzrə keçiriləcək 2024 Dünya Kubokunun yarışları və finalları Bakı Atıcılıq Mərkəzində təşkil ediləcək. Dünya Kubokunun proqramı və yarışa hazılıqla bağlı Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərovla həmsöhbət olduq.

Həmin müsahibəni təqdim edirik:

"Hal hazırda qeydiyyat sistemi ilə 81 ölkə iştirakını təsdiqləyib. Bu günə olan məlumata görə 693 idmançı turnirdə məharətini göstərəcək. Ölkəmiz bu turnirdə son rəqəmlərə əsasən 37 idmançı ilə təmsil olunacaq. Bu dəfəki yarış digərlərindən bir sıra cəhətləri ilə fərqlənəcək. Əslində biz bu turniri dəfələrlə keçirdiyimiz üçün artıq lazimi addımları əvvəlcədən atmışıq. Vacib fərq isə 25 və 50 metr məsafəyə atəşaçmada hər zaman olduğu kimi 1 dəfə deyil, 2 dəfə həyata keçəcək. 25 metr məsafəyə atəşaçmada həm kişilər, həm qadınlar, 50 metr məsafəyə 3 növdə tüfənglə atəşdə də qadınlar və kişilərin yarışında ayrı-ayrılıqda 2 dəfə mübarizə izləyəcəyik. Bu ümumilikdə ilk belə hal olacaq. Bu səbəblə biz də bir müddət öncə Qranada keçirilən turnirdə bu situasiyanın yaşanmaması və Beynəlxalq İdman Atıcılıq Federasiyasının müraciəti əsasında bu addımı atdıq".

Emin Cəfərov turnirin açılış mərasimi ilə bağlı da məlumat verib:

"Turnirin açılış mərasimi may ayının 2-si axşam saatlarında keçiriləcək. Lakin dəqiq məkan və proqram barədə hələki bizə son məlumatlar ötürülməyib. Onu da qeyd edim ki, əksər Dünya Kubokunda biz maksimum 70 ölkənin iştirakını görürdüksə, bu dəfə artıq 80-dən çox seçmənin çıxışını izləyəcəyik. Bu rəqəm Dünya Kuboku üçün olduqca yüksək göstəricidir".

Xatırladaq ki, turnir ölkəmizdə 8-ci dəfə təşkil ediləcək. 







Müsahibə