9 may 2024. Cümə axşamı

Amin Məmmədzadə: "Avropa çempionu kimi vətənə dönmək istəyirəm" - MÜSAHİBƏ


Amin Məmmədzadə: "Avropa çempionu kimi vətənə dönmək istəyirəm" - MÜSAHİBƏ

Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı davam edir. 

 90deqiqe.az xəbər verir ki, yarışın 3-cü günündə mübarizəyə start verən Amin Məmmədzadə 1/8 finalda yunanıstanlı Psarras Aristotelisi turnirdən kənarlaşdırmağı bacardı. 54 kqda yer alan boksçumuz 1/4 finalda ilk mərhələdən azad olan fransalı Bilal Bennama ilə üz-üzə gələcək.

Saytımıza eksklüziv açıqlama verən Məmmədzadə döyüşlə bağlı gözləntilərini bölüşüb.

"Çox güclü yarışa şahidlik edirik, 1/4 finaldakı rəqiblər, ümumilikdə turnirdə yarışan idmançılar çox potensiallı boksçulardır. Bu mərhələdəki rəqibim son Avropa çempionudur. İnşallah ona qalib gəlmək üçün əlimdən gələn hərşeyi edəcəm. Bu turnirdə qalib olub Avropa çempionu kimi vətənə dönmək istəyirəm. 

Qarşıda gənclər arasında Avropa çempionatı və böyüklər arasında Dünya çempionatında iştirak edəcəyik. Bu turnirdən dərhal sonra həmin yarışlara hazırlıq məqsədi ilə yenidən bir araya gələcəyik".

Qeyd edək ki, təmsilçimizin fransalı Bilal Bennama ilə qarşılaşması 24 aprel tarixində baş tutacaq.







Müsahibə