24 may 2024. Cümə

“Qarabağ”ın yay transfer planları nədir?


“Qarabağ”ın yay transfer planları nədir?

“Hansı mövqedə yeni oyunçuya ehtiyac olub-olmaması komandanın baş məşqçisinin qərarından asılıdır”.

Bunu 90deqiqe.Az-a açıqlamasında "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

O bildirib ki, komanda hazırda hazırlıqlarını davam etdirir: “Qarşıda kubokun final oyunu qalıb. Bu həftəsonu "Turan Tovuz"a qarşı oyunumuz var. Onun ardınca da "Araz Naxçıvan"la oyunumuz olacaq və çempionat bitəcək. Yəni hələ ki komanda hazırlıqlarını bu istiqamətdə davam etdirir. Hansı mövqelərdə yeni futbolçuya ehtiyacın olub-olmayacağı komandanın baş məşqçisinin qərarından asılıdır. Hələ ki komandayla bağlı əlavə eksklüziv məlumat yoxdur”. 

“Qarabağ”ın sözçüsü həmçinin oyunçuların son durumundan da danışıb: “Oyunçuların durumu ilə bağlı sabah oyun öncəsi həkimlərdən ətraflı məlumat alacağıq”.







Müsahibə