27 iyul 2024. Şənbə

“Ramin Musayev Tərlan Əhmədova güvənib belə sözləri söyləyir” - ŞƏRH

“Ramin Musayev neçə ildir ki, Tərlan Əhmədovu tanıyır və ona güvənib belə sözləri söyləyir”.


“Ramin Musayev Tərlan Əhmədova güvənib belə sözləri söyləyir”   -  ŞƏRH

“Ramin Musayev neçə ildir ki, Tərlan Əhmədovu tanıyır və ona güvənib belə sözləri söyləyir”.

Bu sözləri idman yazarı, jurnalist Mehman Süleymanov 90deqiqe.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayevin "Tərlan Əhmədovu gətirsinlər baş məşqçi, nəticə qazanmasa Azərbaycanı tərk edirəm" fikrinə münasibət bildirərkən deyib.

O bildirib ki, Tərlan Əhmədov buna qədər bir çox klublarda çalışıb və nəticələri də var: 

“O, çətin vəziyyətdə olan klublarda işləyib, amma komandasını medalçılar sırasına çıxarmağı bacarıb. Həmçinin “Kəpəz"i Premyer Liqada saxlaya bilib. Bunlar danılmaz faktlardır. Amma təbii ki, qərarı biz vermirik. Görünən odur ki, bu dəfə də milliyə əcnəbi mütəxəssis gətiriləcək. Amma yerli mütəxəssislərə də gələcəkdə şans vermək lazımdır. O sırada düşünürəm ki, Tərlan Əhmədov hər halda uzun illər millimizdə də oynayıb. Bu baxımdan ona şans vermək olar. Ramin Musayev də neçə ildir ki, Tərlan Əhmədovu tanıyır və ona güvənib belə sözləri söyləyir və əminlik ifadə verir ki, nəticə verməsə, mən Azərbaycandan çıxıb gedəcəm. Sözünün arxasında durduğunu da ifadə edir. Hər halda bu, elə-belə sözlər deyil”.







Müsahibə