16 iyun 2024. Bazar günü

Dünya çempionu olan paraatletimiz: “Yarışa çox yaxşı hazırlaşmışdıq” - MÜSAHİBƏ


Dünya çempionu olan paraatletimiz: “Yarışa çox yaxşı hazırlaşmışdıq”   - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Azərbaycanın paraatleti Səid Nəcəfzadə Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə birinci olub.

Qələbə ilə bağlı həmyerlimiz öz təəsüratlarını 90deqiqe.Az-a bölüşüb.

“Təbrikinizə görə minnətdəram. Əlbəttə ki, çox sevincliyəm. Bu yarış üçün təlim-məşq toplanışlarına çox yaxşı hazırlaşmışdıq. Həm də yarışda şəxsi nəticəmi də yaxşılaşdırdım. Bundan sonra növbəti və ən əsas yarışımıza hazırlıqlarmızı davam etdirəcəyik”, - deyə S. Nəcəfzadə bildirib.

Qeyd edək ki, daha əvvəl Avropa çempionu olan idmançı ilk dəfə mundialda qızıl medala yiyələnib. Səid Nəcəfzadə ötən il Parisdə təşkil edilən dünya çempionatında bürünc medala sahib çıxıb. İdmançı Tokio paralimpiadasının bürünc medalçısıdır. İki gün əvvəl paraatlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazandırıb.







Müsahibə