16 iyun 2024. Bazar günü

Paralimpiya çempionu: “Paris Paralimpiadası öncəsi belə bir uğur komandamız üçün böyük stimuldur” - MÜSAHİBƏ


Paralimpiya çempionu: “Paris Paralimpiadası öncəsi belə bir uğur komandamız üçün böyük stimuldur”  - MÜSAHİBƏ

“Paralimpiya oyunları öncəsi belə bir uğur əldə etməyimiz komandamız üçün daha böyük stimul olacaq və komandamız Parisdəki paralimpiya oyunlarına daha ciddi hazırlaşacaq".

Bunu 90deqiqe.Az-a açıqlamasında Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan paraatleti Orxan Aslanov deyib.

“Mən öz adımdan bütün paraatletika komandamızı təbrik edirəm. Çünki bu, çox gözəl bir uğurdur. Nəinki mən ilk dünya çempionliğunu qazanmışam, bizim komandamız da ilk dəfə olaraq dünya çempionatında 3 qızıl medal qazanıb. Bu da bizim üçün böyük bir uğurdur. Qarşıda bizi Fransa Paralimpiya oyunları gözləyir. Hazırda biz o yarışa çox ciddi hazırlaşırıq. Paralimpiya oyunları öncəsi belə bir uğur əldə etməyimiz komandamız üçün daha böyük stimul olacaq və komandamız Parisdəki paralimpiya oyunlarına daha ciddi hazırlaşacaq", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan paraatleti Orxan Aslanov Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T13 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.18 metr nəticə ilə dünya çempionu olub.







Müsahibə