16 iyun 2024. Bazar günü

Klub prezidenti: "Real Aykido himni döyüşçülərimizi birə-beş ruhlandıracaq" - MÜSAHİBƏ


Klub prezidenti: "Real Aykido himni döyüşçülərimizi birə-beş ruhlandıracaq"  - MÜSAHİBƏ

Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb. Himnin sözləri Aydın Tağıyev, bəstəkarı Camal Qurbanovdur. İfa isə Xor, "Kingistar production"a məxsusdur.

Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Qafqaz Real Aykido Federasiyası və Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, 5 qat Beynəlxalq seminar təmsilçisi, 5-ci DAN qara kəmər ustası Fariz Abdullayev 90deqiqe.Az-a açıqlamasında himnin ərsəyə gəlməsi ilə bağlı fikirlərini bölüşüb. Qalib vətənin soydaşları olduğumuzu deyən klubun prezidenti bildirib ki, bu, bizim üçün fəxr mənbəyidir: “Biz idmançı olaraq öz bayrağımızla daim fəxr etmişik. Amma qalib olduqdan sonra daha çox fəxr edirik. Xaricdə, beynəlxalq arenalarda, beynəlxalq seminar və döyüş növləri festivallarında və s. kimi mötəbər tədbirlərdə iştirak edərkən Azərbaycan bayrağını qürurla dalğalandıra bilirik. Bu, əvəzedilməz bir hissdir. Bunu sözlərlə izah etmək çox çətindir. Belə bir himnin ərsəyə gəlməsi bizim federasiya, idmançılarımız, döyüşçülərimiz üçün çox böyük bir önəm daşıyır. Çünki himnin sözləri və bəsdəsi çox gözəldir və vətənpərvər ruhda olan həqiqi bir marşdır. Biz bununla yanaşı həm də ona sevinirik ki, bu döyüş növləri federasiyaları, klubları arasında bu bir ilkdir və çox sevinirik ki, bu ilk bizimlə oldu. Çalışacağıq ki, daim qələbələr, uğurlar əldə edək. Hər tədbirimizdə Azərbaycan himnindən sonra Real Aykido himni də səslənəcək və bu, döyüşçülərimizi birə-beş motivə edəcək”.

 

Himnin sözlərini sizə təqdim edirik: 

"Real Aykido Marşı - Rəsmi Himni"

 

Qalib vətənin soydaşıyıq biz!

Gücdən güc alan igidlərik biz!

Master adımız, tükənməzik biz!

Sağlamıq, qüvvətliyik biz!

Real arzulara yaxın olun siz!

Gəlin sıramıza daim yüksələk biz...

 

Məşq edək, daynmadan!

Qalib olaq komandantək usanmadan!

 

Yeni-yeni qələbələrə, hünərlərlə, kəmərlərlə, 

Gəlin birgə addımlayaq zəfərlərə!

 

Azərbaycan Real Aykido İdman Klubu Beynəlxalq Real Aykido Federasiyasının Azərbaycanda yeganə rəsmi təşkilatıdır. Klubun prezidenti Fariz Abdullayev eyni zamanda Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti vəzifəsindədir. Beynəlxalq dərəcəli 5-ci DAN qara kəmər ustasıdır. Bakı və Sumqayıt ərazilərində 12 klub fəaliyyət göstərməkdədir. Hazırda 300-dən çox idmançı 9 iyun tarixində keçirilməsi nəzərdə tutulan Real Aykido özünümüdafiə sənəti üzrə "10-cu Beynəlxalq Seminar və Kəmər imtahanı" da güclərini sınayacaqlar. Ümümilikdə isə Master Fariz Abdullayev 2008-ci ildən məşqçi kimi fəaliyyətə başlamış və indiyədək 2000-dən çox insanın idmanla məşğul olmasına səbəb olmuşdur.

Xatırladaq ki, Aydın Tağıyev "İlk Zəfər marşı", "Vətən Marşı", “Cənab Ali Baş Komandan” tarixi əsərinin müəllifi, "Fədakarlar bir amalın uğrunda",(Red not: Bu Kitab Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub), "Böyük zəfərin 101 şəhidi" kitabı, Beynəlxalq Real Aykido Federasiyasının "Himn"i müəllifidir. 10 ildən çoxdur ki, Azərbaycan həqiqqətlərin 10 dildə dünya mətbuatına yazır. "Qarabağ həqiqətləri 1992-2020" layhəsinin rəhbəri, "Qızıl medal" mükafatçısı, eləcə də hal-hazırda davam edən "Vətən" layhəsinin rəhbəridir. 

ANmedia.az informasiya portalının, "Əsrin aydınları" jurnalının, "Əsrin Aydınları mükafatının həmtəsisçisidir. Azərbaycan Yazıçılar Birliynin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, araşdırmaçı yazardır.







Müsahibə