- Müsahibə
- 22:18 20.10.2024
Monteneqro millisinin və Kosovonun “Balkani” komandasının yarımmüdafiəçisi Edvin Kutslanın "Neftçi"yə transferi ilə bağlı məlumatlar yayılıb. Belə ki, “Balkani” ilə vidalaşan 31 yaşlı futbolçu karyerasını “Neftçi”də davam etdirəcəyini bildirib.
Məsələ ilə bağlı 90deqiqe.Az Bakı təmsilçisinin mətbuat xidməti ilə əlaqə saxlayıb.
Klubun sözçüsü Emin Əfəndi monteneqrolu futbolçunun mümkün transferinə "Sabah"la qarşılamadan sonra aydınlıq gətiriləcəyini deyib:
"Məsələdən xəbərdaram. Hazırda bu barədə dəqiq bir söz deyə bilmərəm. "Sabah"la matçdan dərhal sonra həmin oyunçunun "Neftçi"yə keçib və yaxud da keçməməsi məsələsinə aydınlıq gətiriləcək".
Qeyd edək ki, Edvin Kuts 2023-cü ildən çıxış etdiyi Monteneqro millisində 3 oyuna 3 qol vurub.