17 iyun 2024. Bazar ertəsi

Ramiz Məmmədov: “Legionersiz çempion olduq” - MÜSAHİBƏ

"Orada zəif komanda yoxdur"


Ramiz Məmmədov: “Legionersiz çempion olduq”  - MÜSAHİBƏ

Azərbaycan l liqasına artıq yekun vurulub, çempion "Şamaxı" kollektividir. Komandanın ümumi çıxışı ilə bağlı klubun baş məşqçisi Ramiz Məmmədovun 90deqiqe.Az-a müsahibəsini təqdim edirik.

- Əvvəlcə sizi çempionluq münasibətilə təbrik edirik. Komanda ötən mövsüm 1-ci liqaya düşsə , yenidən Premyer liqaya qayıtmağı bacardı. Çempionluğa gedən yol bu mövsümdəki çıxışınız ilə bağlı nələri deyə bilərsiniz? 

- Təşəkkür edirəm. Çempionluğumuz, deyərdim ki, klub daxilində bərabər olub, birgə səy göstərdiyimiz və vəhdət təşkil etdiyimiz üçün qazanılıb. Bu, ümumi komandanın rəhbərlik ilə birlikdə gördüyü işin mükafatıdır.

-ŞamaxıFK-nın Premyer Liqaya yüksəlməsindən sonra klub strategiyasında heyətində hansı dəyişikliklər gözlənilir?​​​

- Heyət haqqında danışmaq hələ tezdir. Rəhbərliyin verdiyi qərardan sonra söhbətimiz olacaq.

- Komanda legionersiz çempion oldu. Sizcə, PL- uğurlu çıxış etmək üçün komandaya legionerlərin cəlb edilməsi vacibdir? Transfer siyahınızda xüsusi adlar varmı? 

- Bəli, qeyd etdiyiniz kimi, komandaya legioner dəvət olunmadı, legionersiz çempion olduq. İnşallah, növbəti ilin strategiyasında rəhbərliyin göstərişinə uyğun davam edəcəyik.

Bilirsiniz, "Şamaxı" futbol klubunun istəklərindən biri Azərbaycan uşaqlarını yetişdirməklə yığma komandalara bəxş etməkdir. Rəhbərliklə görüşdən sonra əgər məsləhət görüləcəksə, legionersiz oynayırıq, həmin yoldan da davam edəcəyik. I Liqada oynayan futbolçular var, görmüşük. Onları dəvət edib yüksək liqada mübarizə aparacağıq. 

- Növbəti mövsümdə qarşılaşacağınız rəqiblər barədə düşünürsüz? 

- Bütün yüksək liqa oyunlarını həm məşqçi heyəti, həm də klub rəhbərliyi olaraq diqqətlə izləmişik. Orada da yaxşı uşaqlar var. Ola bilər ki, kimlərsə komandasından ayrılar, bizim təklifimizi qəbul edər. Onları da dəvət etmək gücündəyik.

Orada zəif komanda yoxdur. Hər biri güclü rəqiblərdir. İnşallah oyunları da analiz edib, həmin klublara qarşı çempionatda "Şamaxı" FK-nın adına layiq oyun nümayiş etdirəcəyik.

- Növbəti mövsüm üçün hədəfləriniz gözləntiləriniz nədir? 

- Hədəf haqqında danışmaq tezdir. Rəhbərlik qarşımıza hansı hədəfi qoyarsa, onda daha dəqiq açıqlama verə bilərik.

Qeyd edək ki, reqlamentə əsasən, I Liqanın qalibi növbəti mövsüm Premyer Liqada çıxış etməlidir.







Müsahibə