17 iyun 2024. Bazar ertəsi

"Menecerin ən vacib xüsusiyyəti..." - Mourinyodan maraqlı açıqlamalar


"Menecerin ən vacib xüsusiyyəti..."   - Mourinyodan maraqlı açıqlamalar

Portuqaliyalı baş məşqçi Joze Mourinyo gələcəyi haqqında açıqlamalar verib.

90deqiqe.Az xəbər verir ki, CNN-ə müsahibə verən Mourinyo, "Karyeramda ən böyük uğur "Roma" ilə iki Avropa turnirinin finalına çıxmaq idi. Bunu bir daha kimsənin edə biləcəyini düşünmürəm" deyib. 

O, menecerin ən vacib xüsusiyyətinin ictimaiyyətlə əlaqələr üzrə yaxşı mütəxəssisə sahib olması olduğunu vurğulayıb. Peşmanlıqlarından danışarkən, Portuqaliya Milli Komandasından gələn təklifi rədd etdiyinə görə peşman olduğunu və karyerasının sonuna yaxın milli komandanı idarə etmək istədiyini bildirən Mouriniyo keçmişdə “Porto”, “İnter”, “Real Madrid”, “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” kimi komandaları çalışdırıb.

Son olaraq “Roma”nı çalışdıran mütəxəssis, 138 oyun keçirərək UEFA Konfrans Liqasını çempion kimi başa vurmağı bacarıb.







Müsahibə