13 oktyabr 2024. Bazar günü

Azərbaycan basketbolçusu: "Avropa Çempionatında da ölkəmizi uğurla təmsil etməyə çalışacağıq”


Azərbaycan basketbolçusu: "Avropa Çempionatında da ölkəmizi uğurla təmsil etməyə çalışacağıq”

“Öz oyunumuzun 100%-ni olmasa da, 70%-ni sərgiləyə bildik”.

Bunu 90deqiqe.Az-a açıqlamasında 3x3 basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsi barədə danışarkən deyib.

"İki il bundan əvvəl də Avropa Kubokunun təsnifat mərhələsini keçə bildiklərini xatırladan basketbolçu bu il də uğurlarını davam etdirdiklərini bildirib: “Təbrikləriniz üçün təşəkkür edirəm. Yarış bizim üçün uğurlu keçdi. İki il bundan əvvəl də Avropa Kubokunun təsnifat mərhələsini keçə bilmişdik, bu il də bunu bacardıq. Yaxşı hazırlaşmışdıq. Düzü, hazırlıq üçün vaxtımız az idi. Ancaq hər şeydən çox yaxşı istifadə etdik və məşq prosesləri çox yaxşı keçdi. Xarici oyunçumuz da milliləşdirilərək bizə qatıldı. Öz oyunumuzun 100%-ni olmasa da, 70%-ni sərgiləyə bildik. İnşallah, Avropa Çempionatında da ölkəmizi uğurla təmsil etməyə çalışacağıq. Avqustun 22-25-i Avstriyanın Vyana şəhərində keçiriləcək Avropa Çempionatına kimi daha yaxşı hazırlaşıb ölkəmizi daha yaxşı təmsil etmək üçün əlimizdən gələni edəcəyik."







Müsahibə