28 noyabr 2024. Cümə axşamı

Aropada çıxış edən klublarımız təkcə özlərini yox, həm də ölkəmizi nəzərə almalıdırlar - ŞƏRH


Aropada çıxış edən klublarımız təkcə özlərini yox, həm də ölkəmizi nəzərə almalıdırlar  - ŞƏRH

Qitə kuboklarının I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqinə görə,  Azərbaycan 17.000 əmsalla 25-ci pillədə qərarlaşıb.

Buna “Zirə”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında “Şerif”i üstələməsi (1:0) səbəb olub. Bu qələbə ölkəmizə 0,250 əmsal qazandırıb.

İdman jurnalisti Mehman Süleymanov 90deqiqe.Az-a açıqlamasında bildirir ki, Avropada çıxış edən klublarımız təkcə özlərini yox, həm də ölkəmizi təmsil edirlər. "Nəzərə almaq lazımdır ki, UEFA  ölkənin reytinqi hesablanır. Bu da təmsilçilərə görə müəyyən olunur. Buna görə əlbəttə mərhələ keçmək vacibdir. İlk növbədə komanda buna görə çalışırlar. Amma mərhələ keçməsələr belə hər oyunda qələbə əldə etmək lazımdır ki, ölkə reytinqinə xallar qazandıra bilsin. Təssüf ki, hələ də üst sıralarda deyilik. Çünki bu məsələdə çox axsayırıq.  Yalnız "Qarabağ"-ın uğurlu çıxışı xallar qazanması ilə neçə ildir  qruplar da bizi təmsil edir. Ancaq təssüf ki, digər komandalar qrupa düşə bilmirlər. Nəticədə də belə bir mənzərə ortaya çıxır. Təkcə "Qarabağı"ın qələbəs qazanmasi ilə nəticə bitmir. Əlbəttə sevindirici haldır ki, yeni mövsümə qələbə ilə başladıq. Səfər qələbəsi oldu. Amma görünür ki, Rəşad Sadıqovun komandası sonadək duruş gətirdi. Əzmkarlıq göstərərək əlinə düşən yeganə şansdanda istifadə etdi. İkinci 90 dəqiqə Bakıda olacaq. Saatdan asılı olaraq dəyişə də bilər. Amma mən inanıram Zirə bu şansı əldən verməz"

Azərbaycan Kipri (16,975) arxada qoyub. 24-ci pillədə Slovakiya (17,125) qərarlaşıb.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (89,160) başçılıq edir.







Müsahibə