21 dekabr 2024. Şənbə

"Hazırda orta nəsil insanlarla yanaşı uşaqlarda piylənmədən əziyyət çəkir" - Dietoloq Validə Şıxıyeva


"Hazırda orta nəsil insanlarla yanaşı uşaqlarda piylənmədən əziyyət çəkir" - Dietoloq Validə Şıxıyeva

Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamasına görə, son 10-15 ildə artıq çəki problemi dünyada hər 9 nəfərdən biri əziyyət çəkir.

Məsələ ilə bağlı dietoloq Validə Şıxıyeva 90deqiqe.Az saytına açıqlamasında bildirir ki, piylənmə artıq bütün dünyanı ağuşuna alıb. "Hazırda orta nəsil insanlarla yanaşı uşaqlarda bundan əziyyət çəkir. Çox təssüf ki, piylənmə özü ilə yanaşı bir çox xəstəliklər gətirir. Şəkərli diabet, yüksək təzyiq,ürək damar sistemində problem ,qara ciyər piylənməsi, insanların psixologiyasında çox böyük problemlər yaradır. Pasientlərlə danışan zaman  ətrafdakı insanlar oların kilosuna görə həmin şəxləri birmənalı qarşılamır, kobud formada onlara deyirlər və insanın psixologiyası pozulur"

Dietoloq  həmçinin vurğulayıb ki, sağlam həyat yaşamaq üçün hərkəs artıq çəki ilə mübarizə aparmalıdır. "Eyni zamanda düzgün şəkildə aparsalar, bir çox xəsdəliklərin qarşısını ala bilərlər. Bizə bu tip xəstələr müraciət edirlər və artıq müəyyən qədər kilo verəndən sonra təziyqdə normaya düşür, şəkərdə normaya düşür. Bu xəstəliklər sırf qidalanmadan aslıdır. İnsan nə qədər müalicə alırsa alsın, qidalanmasını düzəltməsə,  bu xəstəliklər sağalan deyil. Amcaq qidalanmanı düzəltsələr, təzyiq normal olacaq, şəkərdə qaraciyəridə normal çalışacaq ona görə də, insan özü özünün həkimi olmalıdır. Dietoloq köməyi ilə  pasientlər 5-6 ay artıq kilodan azad olur, sağlam qida vərdişləri yaradırlar. Bundan sonrası xəstədən asılı olan bir məsələdir. Yəni biz necə öyrətmişiksə, pasientlərdə sağlam qidalanmanı o tərzdə davam etməlidilər"







Müsahibə