27 noyabr 2024. Çərşənbə

Gündə nə qədər şokolad yemək olar? - Dietoloq açıqladı


Gündə nə qədər şokolad yemək olar? - Dietoloq açıqladı

"Sağlam insan gündə 30-35 qram şokolad qəbul edə bilər. "

Bunu dietoloq Validə Şıxıyeva 90deqiqe.Az saytına açıqlamasında bildirib.

"Sağlam və şəkərli diabeti olmayan insan gündəlik olaraq şokoladlardan ara vaxtlarda istifadə edə bilərlər. Daha çox tünd şokoladlara üstünlük verilməlidir.  Buna görə də kakao tərkibi 85% və ya daha yüksək olan tünd şokoladı seçməyi tövsiyə  edirik. Tərkibində qatqılar, eyni zamanda şəkər olmasa daha yaxşı olar. Ancaq istifadə zamanı hamısını bir oturuşda yemək olmaz"

Dietoloqun sözlərinə görə, pasientdə şəkər xəstəliyi, yüksək təzyiq, mədə də qastrit varsa, şokolad yazılmır. Pasient sadəcə artıq çəkidən əziyyət çəkirsə və yaxud yüngül bir xəstəliyi varsa, şokoladın o xəstəliyə yan təsiri yoxdursa, həftədə 2 dəfə 20-25 qram yazılır. Tərkibində lazımsız əlavələr olan şokoladları yemək məsləhət görülmür"

Dietoloqların araşdırmasına görə, gündə 16 qram şokolad yemək bir sıra xəstəliklərin yaranma riskini aradan qaldırır.

Qeyd edək ki, həkimlər yaxşı şokoladın tərkibində kakaonun ən azı 70% olmasının vacibliyini vurğulayırlar.







Müsahibə