21 dekabr 2024. Şənbə

Mahir Şükürov "Neftçi"dəki uğursuzluğun səbəbini açıqladı


Mahir Şükürov "Neftçi"dəki uğursuzluğun səbəbini açıqladı

"Neftçi"də ab-hava elədir ki, nəsə etmək mümkün deyil, rəhbərlik hər kəsi işdən çıxarmalıdır."

Bu sözləri milli komandamızın sabiq müdafiəçisi Mahir Şükürov "Neftçi"nin mövcud vəziyyəti ilə bağlı 90deqiqe.Az-a açıqlamasında qeyd edib.

“Mən məşqçidə heç bir günah görmürəm. Bu məşqçinin istədiyi futbolçuları belə transfer edə bilmədilər. Kim gəlirsə-gəlsin, "Neftçi"dəki ab-hava elədir ki, orada nəsə etmək mümkün deyil. Rəhbərlik hər kəsi işdən çıxarmalıdır. Komandada lazımsız legionerlər var və bu səbəbdən kollektiv oyun yoxdur. Yerli və ya xarici məşqçi fərq etməz, əsas məsələ rəhbərliyin işini bilən kadrlar gətirməsidir,” - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Roman Qriqorçuk "Neftçi" klubu ilə yollarını rəsmən ayırıb. Hazırda baş məşqçi postu üçün Arif Əsədov, Samir Abasov, Mahmud Qurbanov və Aftandil Hacıyev əsas namizədlərdir. Klub isə hazırda Misli Premyer Liqasında 9-cu yerdədir.







Müsahibə