11 dekabr 2024. Çərşənbə

Əfran İsmayılov: "Yığmanın slovaklarla oyunda uğurlu nəticə qazanmaqdan başqa bəraəti yoxdur"


Əfran İsmayılov: "Yığmanın slovaklarla oyunda uğurlu nəticə qazanmaqdan başqa bəraəti yoxdur"

“Estoniyaya gözlənilməz məğlubiyyətdən sonra hamımız məyusuq. Ona görə də bu gün yığmamız doğma meydanda yaxşı oyun sərgiləyib xal götürməlidir”

Bu sözləri 90deqiqe.Az –a açıqlamasında yığmamızın sabiq üzvü Əfran İsmayılov deyib.

Veteran futbolçu ölkənin əsas komandasının hazırkı nəticələrinin arzuolunmaz olduğunu və buna görə baş məşqçi və futbolçuları da qınadı:

“Azərbaycan millisində hazırda titullu yeni baş məşqçi olsa da, komandada yeni nəfəs hiss edilmir. Mən daxil bütün azarkeşlər yığmamızda tərəqqinin gerçəkləşməsini və nəticələrin yaxşılaşmasını gözləyirdi. Amma Millətlər Liqasında ardıcıl 3 oyunda məğlub olduq. Bu gün həm Fernandu Santuş, həm də futbolçuların ardıcıl məğlubiyyətlərə görə yeganə bəraəti Slovakiya ilə oyunda qələbə qazanmaları, ən pis halda isə mübariz oyunla xal götürməkdir. Onsuz da itirəcəyimiz nəsə yoxdur, odur ki, bütün futbolçular qələbəyə inanmalı və irəli atılmalıdılar. Yığmamızın toparlanması slovaklarla matçda mütləq uğur qazanmalıdırlar”.

ABDULLA İSMAYILOĞLU







Müsahibə