18 oktyabr 2024. Cümə

Abdulla Xaybullayev: “Daha yaxşı çıxış etməyə borcluyuq”


Abdulla Xaybullayev: “Daha yaxşı çıxış etməyə borcluyuq”

“İlk dövrəni 5-ci pillədə tamamladıq. Amma daha yaxşı çıxış edə bilərdik.”

Bu sözləri 90deqiqə.Az – a açıqlamasında “Sabah”ın üzvü Abdulla Xaybullayev deyib.

“Bayquşlar”ın milliləşən dağıstanlısı məğlub olduqları matçlarda da zəif oynamadıqlarını və çempionatın II dövrəsində daha yaxşı çıxış edəcəklərini bildirdi:

“Biz hər oyuna maksimum nəticə üçün çıxırıq. Məqsədimiz bacardıqca yuxarı pillələrdə qərarlaşmaqdı. İlk dövrənin son iki oyununda vacib xallar itirdik. “Qarabağ”a məğlub olsaq da, fasilədən sonra meydanda diktə edən tərəf biz idik. “Araz-Naxçıvan”la qarşılaşmada isə fərdi səhvimizdən və bəxtsizlikdə xal itirdik. Amma ümidimizi itirmirik. İddialı məşqçimiz və döyüşkən kollektivimiz var. Asan təslim olmaq fikirimiz yoxdur. Yığmanın oyunları ilə əlaqədar yaranan fasilədən maksimum yayarlanıb, II dövrəyə yüksək motivasiya ilə hazırlaşırıq. Vacib xallar itirdiyimizdən, qarşıda daha yaxşı çıxış etməyə borcluyuq”.

 

ABDULLA İSMAYILOĞLU







Müsahibə