4 noyabr 2024. Bazar ertəsi

"Çinar-Zəngilan" yeni mövsümə intensiv hazırlaşır


"Çinar-Zəngilan" yeni mövsümə intensiv hazırlaşır

"Region Liqasında yeni mövsümün püşkü atılmasa da, biz hazırlığımızı davam etdirir və çempionata ciddi hazırlaşırıq".

Bu sözləri 90deqiqe.Az-a açıqlamasında "Çinar-Zəngilan"ın prezidenti və baş məşqçisi Anar Dünyamalıyev deyib. 

Klub rəhbəri keçirdikləri yoxlama oyunları və çempionatdakı hədəfləri barədə də danışıb:

"Həftədə üç dəfə olmaqla məşq keçir və yoxlama oyunlarında qüvvəmizi sınayırıq. Bu vaxta kimi 7 yoxlama görüşü keçirmiş və cəmi 1 bir oyunda məğlub olmuşuq. Digər matçlarda qələbə və heç-heçəyə nail olmuşuq. Ötən mövsümlə müqayisədə bu il qarşımıza böyük hədəflər qoymamışıq. Çempionatda əsasən gənc oyunçulara üstünlük verəcəyik. Məqsədimiz həm Zəngilanda futbolu yaşatmaq, həm də oyunçular yetişdirməkdir".

Xatırladaq ki, "Çinar-Zəngilan" iki dəfə "Sparta"(1:1, 6:5) , iki dəfə "Balaxanı" (4:3, 5:3) , "Topçular" (6:4), "Xankəndi" (0:3) və "Gənclər" (5:5) komandalarıyla yoxlama oyunları keçirib. 

ABDULLA İSMAYILOĞLU 

 

 







Müsahibə