4 noyabr 2024. Bazar ertəsi

Ədəhim Niftəliyev: "Bu gün iki xal itirdik"


Ədəhim Niftəliyev: "Bu gün iki xal itirdik"

"Qaradağ Lökbatan" səfərinə qələbə üçün gəlmişdik. Meydanda nə qədər çalışsaq da, buna nail ola bilmədik". 

Bu sözləri 90deqiqe.Az - a açıqlamasında "Mingəçevir"in baş məşqçisi Ədəhim Niftəliyev deyib. 

Veteran futbolçu "Qaradağ Lökbatan"la oyunda ələ düşən fürsətlərdən yararlana bilməmələri və rəqib qapıçının yaxşı çıxışı barədə də danışıb: 

"Matç boyu qol imkanlarımız olsa da, son nöqtəni qoya bilmədik. Təbii ki, rəqib qapıçının yaxşı oyununu da vurğulamaq lazımdır. Bu gün qolkiper komandasının məğlub olmamasında əsas pay sahibidir. Rəqib bu gün ilk xalını qazandı, onları təbrik edir, yeni baş məşqçilərinə uğurlar arzulayıram. Biz hər oyuna yaxşı nəticə qazanmaq üçün çıxırıq. Lökbatan təmsilçisiylə qarşılaşmada uduzmasaq da, vacib iki xal itirdik". 

ABDULLA İSMAYILOĞLU







Müsahibə