18 oktyabr 2024. Cümə

Branimir Subaşiç: “Samir Abasov “Neftçi”ni bataqlıqdan çıxaracaq”


Branimir Subaşiç: “Samir Abasov “Neftçi”ni bataqlıqdan çıxaracaq”

“Samir Abasov nəticə verən məşqçidir. O, “Neftçi”ni layiq olduğu zirvələrə daşıyacaq”.

Bu sözləri 90deqiqe.Az – a açıqlamasında yığmamızın sabiq üzvü Branimir Subaşiç deyib.

Veteran futbolçu Samir Abasovun çətin işin altına girməsinə baxmayaraq, onun uğur qazanacağına şübhə etmədiyini bildirib:

“Reallıq odur ki, “Neftçi” heç də yaxşı günlərini yaşamır və komanda bataqlığa yuvarlanıb. Bakı təmsilçisi bu gün turnir cədvəlində layiq olmadığı yerdədir. Bu klubun Azərbaycan tarixində böyük yeri var, o flaqmandır. Samir Abasov gözəl insan olmaqla yanaşı zəngin futbolçu karyerasına malik və məşqçi kimi də özünü doğrultmuş şəxsdir. O, həmişə tənəzzüldə olan komandaları dirçətlməlməyi bacarıb. Düşünürəm ki, Samir müəllim qısa zamanda “Neftçi”ni də canlandıracaq. Zatən o, bir dəfə “Neftçi”ni çempionluq zirvəsinə daşımağı bacarıb. Bu dəfə də Samirli “Neftçi”nin tərəqqi edəcəyinə inanıram.

 

ABDULLA İSMAYILOĞLU







Müsahibə